Advertisement

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı ilə əlaqədar
gücləndirilmiş iş rejimində çalışacaq.

Trend xəbər verir ki, bu barədə fövqəladə hallar naziri,
general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində
vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin
edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı
və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə
hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin
operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi
məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına
müvafiq tapşırıqlar verilib.