
Bakı. Trend:
Aprelin 8-də Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş
BMT-Turizmin (Ümumdünya Turizm Təşkilatı) Avropa üzrə Regional
Komissiyasının 70-ci iclasında Azərbaycan nümayəndə heyəti iştirak
edib.
Trend xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad
Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində
Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri, eyni
zamanda BMT-Turizmdə (Ümumdünya Turizm Təşkilatı) daimi nümayəndəsi
Ramiz Həsənov da iştirak edib.
İclas çərçivəsində ölkəmizin 2025-ci ildə BMT-Turizmin Avropa
üzrə Regional Komissiyasının növbəti 71-ci iclasına ev sahibliyi
etməsi haqqında qərar qəbul edilib.





























