
Bakı. Trend:
“Yüksəliş” müsabiqəsinə müraciət edənlərin sayı hər il artmaqda
davam edir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının
gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi
qrupunun rəhbəri Fərhad Hacıyev açıqlama verib.
O bildirib ki, l Yüksəliş müsabiqəsinə 11760, ll Yüksəliş
müsabiqəsinə 12299, ll Yüksəliş müsabiqəsinə 13474 nəfər müraciət
etmişdi.
Nazir müavini qeyd edib ki, hazırda keçirilən lV müsabiqəyə isə
15877 nəfər müraciət edib.
Onun sözlərinə görə, müraciət edənlərin yaşı 21-51 arasında
dəyişir.





























