Advertisement

Sabah 19 dərəcə isti olacaq

Bakı. Trend:

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi
gözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı
var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam
şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-12°, gündüz 14-19° olacaq. Atmosfer
təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi
rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir
yağıntılı olacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə
qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12°, gündüz 14-19°, dağlarda gecə
0-5°, gündüz 7-12° olacaq.