Advertisement

Bayramla əlaqədar 138 təcili tibbi yardım briqadası hazır vəziyyətə gətirilib

Bakı. Trend:

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi
gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Trend-ə Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş
rejimində fəaliyyət göstərəcək.

Qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul
şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının
sayı xidməti ştata uyğun təşkil olunacaq.

Bakı şəhərində 138 təcili tibbi yardım briqadası xidmətə hazır
vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman
preparatları və s. ilə tam təmin olunub.

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində həm xarici
ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn
qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təlimat
buna uyğun təşkil olunacaq.