
Bakı. Trend:
Bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən
abituriyentlərin sayı əvvəlki illərinə müqayisədə kəskin şəkildə
artıb.
Bu barədə Trend-in suallarını cavablayarkən təhsil eksperti
Kamran Əsədov deyib.
O qeyd edib ki, ali təhsil müəssisələrinə qəbul olmaq
istəyənlərin sayı 115.000 nəfərdən çoxdur, bu da əvvəlki illərlə
müqayisədə kifayət qədər çoxdur.
“Həmçinin bu il diqqəti cəlb edən bir rəqəm, təkcə mart ayının
3-də keçirilən və 52.000-dən çox şagirdin iştirak elədiyi imtihanda
14 nəfər şagirdin onlara təqdim edilmiş bütün test tapışıqlarına
doğru cavab verərək maksimum 300 balı toplamasıdır. Bu, əvvəlki
illərlə müqayisədə kifayət qədər yüksək bir göstəricidir. Belə ki,
keçən il bu imtahanda yalnız bir şagird 297 bal toplamışdı. Təbii
ki, bu, müəllim valideyn, abituriyyətlərdə belə bir fikir yaradıb
ki, bu il ali təhsil müəssisələrinə qəbul balları ciddi şəkildə
artacaq.
Qeyd edim ki, belə bir gözlənti və belə bir proqnoz yoxdur. Bunu
əsaslandıran bir neçə səbəb var. Birincisi, yalnız 3 martda
keçirilən imtahanın nəticələri açıqlanıb. Hələ ki, bütün
imtahanların nəticələri açıqlanmayıb. İkincisi, bu il
universitetlərə qəbul plan yeri keskin şəkildə artacaq. Yəni, bu il
bal toplayanların sayında, yüksək bal toplayanların sayında artımın
olması heç də keçid ballarının artmasına təkan verməyəcək”, – deyə
o vurğulayıb.
Ekspert həmçinin əlavə edib ki, bu il Azərbaycanda yeni
universitetlər açılacaq.
“Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayacaq. Burada
1000 tələbənin təhsil alması proqnozlaşdırır və onlar tamamilə
ödənişsiz təhsil alacaqlar. Ondan başqa Azərbaycanda
Türk-Azərbaycan Universiteti bu il fəaliyyətə başlayacaq.
Ona görə də abituriyentlər, onların valideynləri, müəllimləri
narahat olmamalıdır ki, bu il ballar artacaq. Bu il ciddi bir
dəyişiklik gözlənilmir.
Əksinə, bu il plan yerlərinin sayının çoxalması Azərbaycanda
tələbələrin sayının çoxalmasına, qəbul anıların sayının artmasına
gətirib çıxaracaq”, – deyə o bildirib.





























