
Bakı. Trend:
Türkiyənin İstanbul Universitetinin rektoru professor Osman
Bülent Zülfikar UNEC-də olub.
UNEC rektoru professor Ədalət Muradovla görüşdə İstanbul
Universitetinin rektoruna rəqəmsal UNEC-in təhsil imkanları,
beynəlxalq reytinqlərdəki mövqeyi, beynəlxalq əlaqələri, elmi
fəaliyyəti, tədris prosesi, elektron kitabxana resursları,
differensial əmək haqqı sistemi və s. barədə ətraflı məlumat
verilib.
Sonra hər iki universitet arasında mümkün əməkdaşlıq
istiqamətlərində fikir mübadiləsi aparılıb. UNEC ilə İstanbul
Universiteti arasında doktorantura təhsili üzrə əməkdaşlığın
qurulması, elektron kitabxana resurlarından birgə istifadə
imkanları, müəllim və əməkdaşların təcrübə mübadiləsi və digər
istiqamətlər üzrə ilkin razılıq əldə olunub.





























