
Bakı. Trend:
Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı
qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan
Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan
atəşə tutub.
Trend bu barədə Müdafiə
Nazirliyinə istinadən xəbər verir.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat
cavab tədbirləri görülüb.





























