
Bakı. Trend:
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi
dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən
şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə,
tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah
Məhərrəmov, 2003-cü il təvəllüdlü, “Miri” ləqəbli Mirnamiq
Mirələmzadə saxlanılıblar.
Müvafiq qərarla Ə.Məhərrəmov 20, M.Mirələmzadə 30 sutka inzibati
qaydada həbs edilib.
DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı
yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə
zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin
görülməsi davam etdirilir.





























