Advertisement

Teleqramda ovuc izi ilə şəxsiyyətin müəyyən edilməsi funksiyası olacaq

Bakı. Trend:

Teleqram sosial platformasının istifadəçiləri sadə ovuc
skanından istifadə etməklə öz şəxsiyyətlərini təsdiq edə
biləcəklər.

Trend bu barədə rus
KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, bu təşəbbüsün bir hissəsi olaraq, “TON Society”
proqramda iştirak etmək istəyən istifadəçilər üçün mükafat olaraq 1
milyon Toncoin (təxminən 6,5 milyon dollar) ayırıb.

Layihənin məqsədi növbəti beş il ərzində “Telegram” kanalının
500 milyon istifadəçisini təhlükəsiz rəqəmsal şəxsiyyətlə təmin
etməkdir.