Advertisement

Neftçalada narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb

Bakı. Trend:

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 20 gün
ərzində keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin
qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 7 nəfər
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə
verilən məlumata görə, həmin şəxslərdən 8 kiloqramdan artıq
müxtəlif növ narkotik vasitə – heroin, tiryək, metamfetamin və
marixuana götürülüb.

Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün
məmulatlarının satışı ilə məşğul olan iki nəfər də müəyyən
edilib.

Həmçinin, qeyd edilən müddət ərzində aparılan
nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 1-i
yivli olmaqla 14 odlu silah aşkar olunub.

Faktlarla bağlı Neftçala RPŞ-də araşdırmalar davam
etdirilir.