
Bakı. Trend:
Bakıda Təzə Pir məscidində Ramazan münasibətilə bayram namazı
qılınıb.
Trend xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri
Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də
başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin
10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
FOTO: Zaur Mustafayev





























