
Bakı. Trend:
Bu ilin sonunda Bakıda dini rəhbərlərin görüşü keçiriləcək.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hacı
Allahşükür Paşazadə deyib
O bildirib ki, görüşə ermənilərin katolikosu II Qareginin dəvət
olunması məsələsinə baxılacaq:
“O, elə üz qoymayıb ki, onu Bakıya dəvət edim. Vaxtilə onu
Azərbaycana dəvət etmişəm, o da bura gələrək dini konfransda
iştirak edib. Bu gün erməni katolikosu başda olmaqla, erməni
kilsəsi bütün dünyada revanşizmi təbliğ edir.
Bu gün heç cür razılaşmır ki, Azərbaycan öz torpaqlarını azad
edib. Onlar hələ də razılaşmır ki, Qarabağ Azərbaycan
torpaqlarıdır. Biz ona təklif etdik ki, bunu qəbul eləsin, biz onu
qəbul edək. Həyat davam edir, bir gün gələcək, o bunu başa
düşəcək”.





























