
Bakı. Trend:
Bun gün saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava
şəraiti arabir yağıntılı olub.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, qar örtüyünün hündürlüyü Şahdağda 20 sm olub.
Düşən yağıntının miqdarı Naxçıvanda 12 mm, Şərurda 11 mm,
Şahbuzda 7 mm, Ordubad, Sədərəkdə 5 mm, Culfada 2 mm, Yevlax,
Göygöl və Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Daşkəsən,
Göygöl, Şəmkir, Qax, Balakən, Şəki, Qrız, Yevlax, Göyçay, Cəfərxan,
Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək
məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21
dərəcəyədək, Naxçıvan MR-da 19 dərəcəyədək, Aran rayonlarında 18-22
dərəcəyədək, dağlıq rayonlarda 13-16 dərəcə isti olub.





























