Advertisement

Axtarışda olan 87 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

Aprelin 9-da ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən
bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 87, o
cümlədən, borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.