Advertisement

Xankəndidə silah-sursat aşkarlandı – Trend.Az

Bakı. Trend:

Xankəndidə silah-sursat aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
aprelin 9-da Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 4
tapança, 1 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 mərmi, 14
alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13
ədəd süngü bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.