Advertisement

Şəkidə 16 yaşlı qız itkin düşüb (FOTO)

Bakı. Trend:

Şəkidə 16 yaşlı qız itkin düşüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Şəki şəhər sakini, 2008-ci il təvəllüdlü
Mustafayeva Aysel Vaqif qızı aprelin 4-də yaşadığı ünvandan çıxaraq
naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 150 sm, arıq bədən
quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə onun əynində
göy rəngli cins şalvar, ağ köynək və ayağında qara rəngli idman
ayaqqabısı olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan
DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin
(024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək
məlumat vermələri xahiş olunur.