Advertisement

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini
genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan
Rusiyanın daha bir şəhərinə – Qroznıya müntəzəm reyslər yerinə
yetirməyə başlayacaq.

Bakıdan Qroznı şəhərinə və əks istiqamətdə uçuşlar həftədə iki
dəfə — çərşənbə və bazar günləri həyata keçiriləcək.

Qroznı zəngin mədəni irsi ilə səyahətçiləri cəlb edir. Yeni
marşrutun açılması sərnişinlərə yeni səyahət və işgüzar səfər
imkanları təqdim edərək iki şəhər arasındakı əlaqələri
gücləndirəcəkdir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin
yenilənmiş mobil tətbiqindən, eləcə də, AZAL-ın kassalarından və
akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.