
Bakı. Trend:
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir
güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12°, gündüz 12-17° olacaq. Atmosfer
təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir
yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli
intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq
ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək.
Bəzi yerlərdə arabir duman. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13°, gündüz 15-20°, dağlarda gecə
0-4°, gündüz 4-8° olacaq.





























