
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-mart aylarında 98,6
minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Nazirlikdən Trend-ə bildiriblər ki, onlardan 44,2 min nəfəri
münasib işlərlə təmin edilib, 683 şəxs isə kiçik ailə
təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb
olunub.
Sözügedən dövrdə Agentlik tərəfindən 3,4 min işsiz şəxs üçün
peşə hazırlığı kursları təşkil edilib, 50,3 min şəxsə isə
peşəyönümü xidmətlər göstərilib.





























