
Bakı. Trend:
Xankəndidə erməni oliqarxların konyak zavodunun görüntüləri
yayılıb.
Trend xəbər verir ki, bununla bağlı kadrlar AzTV-nin efirində
yayımlanan “Sözümüz imzamızdır!” adlı proqramda nümayiş
etdirilib.
Bildirilib ki, konyak zavodunun səhmdarlarından biri də
separatçıların hazırda həbsdə olan lideri Arayik Arutyunyan imiş.
Ermənilər Azərbaycanın təbii nemətlərindən istifadə edərək müxtəlif
məhsullar, o cümlədən konyak istehsal edərək, onu dünyaya öz
brendləri kimi təqdim ediblər.
Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri
Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-20), Arayik
Arutyunyan (2020-23) və “Daşnaksütyun” partiyasının “Qarabağ
təmsilçisi”, xunta rejiminin “parlament sədri” David İşxanyan
törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət
işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti
tərəfindən saxlanılıblar.





























