Advertisement

Bu ilin üç ayında müavinətlər üzrə 267 milyon manat ödənilib

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən
466 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq
təqaüdü ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən
məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 267
milyon manat, Prezident təqaüdləri üzrə 171 milyon manat
ödənilib.

Üç ay ərzində 39 min, sosial ödənişlərin elektron təyinatına
başlandığı 2019-cu ildən 609 min müavinət və təqaüd təyinatı
e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.