Advertisement

Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bakı. Trend:

Aprelin 14-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i
gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologitya Xidmətindən Trend-ə verilən xəbərə
görə, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan MR,
Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran) leysan xarakterli intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar
yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi
çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.