Advertisement

Rayonlara yağış yağıb – FAKTİKİ HAVA

Bakı. Trend:

Aprelin 12-si saat 10:00-a olan məlumatına əsasən, bəzi yerlərdə
hava şəraiti arabir yağıntılı olub, səhər saatlarında Şahdağda qar
yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.

Qar örtüyünün hündürlüyü Şahdağda 12 sm olub.

Düşən yağıntının miqdarı Lerikdə 23 mm, Yardımlı, Şəkidə 18 mm,
Astarada 9 mm, Lənkəranda 8 mm, Göygöl, Ordubad, Kəlvəz, Gədəbəy,
Şahbuz, Biləsuvar, Naxçıvan, Şərur, Daşkəsən, Beyləqan, Neftçala,
Şahdağ, Tərtərdə 5 mm-dək olub.

Aprelin 11-də şimal-qərb küləyi arabir Şahdağ, Altıağacda 20
m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft
Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8
metrə çatıb.

Şəmkir, Ceyrançöl, Şəki, Qrız, Lerikdə duman müşahidə
olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16
dərəcəyədək, Naxçıvan MR-da 21 dərəcəyədək, Aran rayonlarında 22
dərəcəyədək, dağlıq rayonlarda 7-11 dərəcə isti olub.