
Bakı. Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
aprelin 11-də ümumi çəkisi 26 kiloqramdan artıq narkotik vasitə
aşkar olunaraq götürülüb.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən xəbərə görə, qanunsuz
dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın
heroin, 23 kiloqramdan çox marixuana, 1 kiloqramdan artıq
metamfetamin və 991 metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.





























