
Bakı. Trend:
Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən 9 ədəd
“F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olub.
Bundan başqa, rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl
qumbarası, 2 ədəd partlayıcı başlığı, 2 ədəd “M-75” əl qumbarası, 4
ədəd avtomat darağı və çoxlu sayda patron aşkar olunub.
Partlayıcı sursatlar təhlükəsizlik tədbirləri görülərək ərazidən
götürülüb.





























