Advertisement

Qarqarçaydan sel keçir (FOTO) – Trend.Az

Ağdam. Trend:

Son günlər ölkə ərazisində havanın yağıntılı keçməsi səbəbindən
çaylarda sululuq artıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, ötən günlərdə Qarabağın
dağ və dağətəyi ərazilərində yağışlı hava şəraiti mənbəyini Qarabağ
dağlarından götürən Qarqarçayında sel sularının gəlməsinə səbəb
olub.

Hazırda Qarqarçay çayının Ağdam rayon ərazisindən keçən
hissəsindən sel keçir.

Qeyd edək ki, aprelin 12-si saat 10:00-a olan məlumatına əsasən,
bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub.