Advertisement

Rayonlarda hava yağıntılı olacaq – Trend.Az

Bakı. Trend:

Aprelin 14-ü gündüz şimal və qərb rayonlardan başlayaraq 15-i
gündüzədək bəzi yerlərdə arabir yağıntı olacağı gözlənilir.

Trend xəbər verir ki, bunu
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin
direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə, xüsusilə də Qarabağ,
Şərqi Zəngəzur, Naxçıvan Muxtar Respublikası, Balakən-Şəki,
Quba-Qusar və Mərkəzi Aran rayonlarında yağışların leysan
xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərə qar
yağacağı ehtimalı var.