Advertisement

Bakıda keçmiş məhkum kafedən çanta oğurlayıb

Bakı. Trend:

Bakının Səbail rayonu ərazisində yerləşən kafelərin birindən
içərisində 530 manat, 2000 manat dəyərində üzük, bank kartı və
sənədlər olan çanta oğurlanıb.

Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bununla bağlı rayon polis idarəsinin 39-cu Polis
Bölməsinə məlumat daxil olub.

Bölmə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq cinayəti ilə
əlaqədar məhkum olunmuş Mahir Məmmədov müəyyən olunaraq
saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.