
Bakı. Trend:
Vatsap messencerində daha bir yeni funksiya istifadəyə
veriləcək.
Trend xəbər verir ki,
istifadəçilər yeni funksiya sayəsində vatsapdakı statuslarını
instaqram sosial şəbəkəsində də paylaşa biləcəklər.
Məlumata görə, yeni funksiyanı aktivləşdirərək bunu etmək mümkün
olacaq.
Hazırda yeni funksiya üzərində işlər davam etdirilir və tətbiqin
növbəti yenilənməsində əlçatan olacaq.





























