Advertisement

Azərbaycanda istilik mövsümü başa çatır – BU TARİXDƏ

Bakı. Trend:

Gələn həftə Azərbaycanda istilik mövsümü bitəcək.

Trend xəbər verir ki, hər il
istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də
başa çatır.

Qeyd edək ki, noyabrın 15-dən Azərbaycanda növbəti istilik
mövsümünə start verilmişdi. 2023-2024-cü illər payız-qış mövsümünə
hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq
istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik
şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik,
nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların
etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə bu il 1
000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10
km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik
xətləri dəyişdirilərək yenilənmişdi.