Advertisement

Bakıdan Təl-Əvivə reysləri ləğv olunub

Bakı. Trend:

Bakıdan Təl-Əvivə uçuşlar ləğv olunub.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat
verilib.

Məlumata əsasən, saat 09:05 və 18:40-a planlaşdırılan iki reys
təxirə salınıb.

Qeyd edək ki, bu gün (14 aprel) İran İsrailə qarşı “Doğru Vəd”
adlı əməliyyata başladığını və İsrailə onlarla PUA və raket
atdığını təsdiqləyib.

Xatırladaq ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin
Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə
komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd
Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail arasında
gərginlik artıb.