Advertisement

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilir

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 14-də Dövlət Sərhəd
Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirir.

Bu barədə Trend
DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda 1102 şagirdin
iştirak edəcəyi nəzərdə tutulur.

İmtahan Bakı şəhərində təşkil olunur və saat 11:00-da
başlanacaq. İmtahan binasına buraxılış saat 10:45-də başa çatır və
bundan sonra gələn şagirdlər imtahana buraxılmırlar. İmtahan
binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək
lazımdır.

Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

– şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil
aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa
şagirdin 3×4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә
tәsdiqlәnir);

– imtahana buraxılış vәrәqәsini.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq
olduqda namizəd imtahana buraxılmır. Buraxılış vərəqəsində
imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və şagirdin
imtahan binasına gəlmə vaxtı qeyd olunub.

Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə
Azərbaycan dilində aparılır. Hər fənn üzrə şagirdlərə 30 qapalı
tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.

İmtahanın keçirilməsi üçün 5 bina ayrılıb. İmtahanın idarə
olunmasına 11 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 107
nəzarətçi,10 buraxılış rejimi əməkdaşı cəlb edilib.