Advertisement

Bakı istiqamətindəki bəzi reyslər gecikir –

Bakı. Trend:

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava
Yolları” aviaşirkətinin bəzi reysləri təhlükəsizlik məqsədilə və
bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, həmin reyslər aşağıdakılardır:

İslamabad-Bakı (J2 5144)

Dammam-Bakı (J2 8210)

Dehli-Bakı (J2 058)

Dubay-Bakı (J2 016)

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected]
elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə
bilərlər.