
Bakı. Trend:
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan,
əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov
saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional
qrupundan Trend-ə verilən məlumata görə, onlardan narkotik vasitə
olan marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam
etdirilir.





























