Advertisement

Leysan olacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Bakı. Trend:

Bu gün gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i
gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı
gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometerologiya Xidmətindən məlumat
verilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur,
Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran) yağışın leysan
xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq
ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi
çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.