Advertisement

Sabah yağış yağacaq, külək əsəcək

Bakı. Trend:

Aprelin 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometerologiya Xidmətindən məlumat
verilib.

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış
yağacağı ehtimalı var. Gecə bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi
rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı,
dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman
olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti,
dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.