
Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti ilə bağlı
xəbərdarlıq edib.
Xidmətdən Trend-ə bildirilib ki, aprelin 15-də əsasən gecə və
səhər saatlarında bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti
ilə əlaqədar olaraq magistral avtomobil yollarında görmə
məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.





























