
Bakı. Trend:
Xankəndidə silah-sursat aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
aprelin 13-də və 14-də Xankəndi şəhəri ərazisindən 2 ədəd müxtəlif
markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 2 tüfəng, 15
qumbara, 6 ədəd alışdırıcı, 68 patron darağı, 6316 ədəd müxtəlif
çaplı patron, 5 ədəd süngü-bıçaq, 3 rabitə vasitəsi və digər
sursatlar aşkar olunaraq götürülüb.





























