Advertisement

Bakıda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanıldı (VİDEO)

Bakı. Trend:

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkətlər
edən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Nərimanov rayonunda yaşayış binalarından birinin
girişində azyaşlıya qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə
polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə hadisəni törədən Maksim Məmmədov saxlanılıb. Araşdırma
zamanı müəyyən edilib ki, o, əvvəlcə azyaşlını izləyib. Daha sonra
binanın girişində yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər
edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət
işi başlanılıb. Nərimanov rayon məhkəməsinin qərarı ilə M.Məmmədov
barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu şəxsin analoji əməllərindən zərər çəkən başqa şəxslər polis
orqanlarına müraciət edə bilərlər.