
Bakı. Trend:
Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına
görə yeni rüsum müəyyənləşir.
Trend xəbər verir ki, bu barədə məsələ “Dövlət rüsumu haqqında”
qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur.
Yeni maddəyə əsasən, bu rüsumun 15 dollar olması təklif
edilir.





























