Advertisement

Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

Bakı. Trend:

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi
məhdudlaşdırılan psixotrop maddələrin siyahısına dəyişiklik
edilir.

Trend xəbər verir
ki, bu, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan
edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin,
psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində
idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına
lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi
haqqında” qanuna edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikiyə əsasən, bu maddələr Azərbaycan Respublikasının
ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr sırasına
daxil edilib.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində
dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr siyahısından
Dekstrometorfan və Buprenorfin çıxarılıb.