
Bakı. Trend:
Honkonqda keçirilən basketbolun 3×3 növü üzrə qadınların
Olimpiya Təsnifat Turnirindən sonra FİBA-nın reytinq cədvəlləri
açıqlanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yarışda çempionluq yaşamaqla Paris-2024
Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Azərbaycan millisinin uğuru
təmsilçilərimizin mövqeyində də əksini tapıb.
Basketbolçuların fərdi reytinqində Honkonqda iştirak etməyən
Brianna Frezer dünyanın 4-cü ən yaxşısıdır – 199,939. Aleksandra
Mollenhauer da “Top-10”da yer alıb. O, 163,227 xalla 9-cudur.
140,426 xala malik Dina Ulyanova dünyanın 16-cı basketbolçusu
sayılır.
Qadınlardan ibarət Azərbaycan millisi komandaların reytinqində
12-ci pillədə qərarlaşıb. Brianna, Dina və Aleksandradan ibarət
“üçlük” Avropa yığmaları arasında 5-cidir.
Qadınların federasiya reytinqində Azərbaycan 12-cidir. Bu,
Avropada 8-ci göstəricidir – 622,327 xal.
Qeyd edək ki, basketbol yığmamız komanda idman növləri tarixində
ilk dəfə Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.





























