
Bakı. Trend:
2024-сü ilin yanvar-mart aylarında Azərbaycanda 607 ədəd və ya
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 318 ədəd az minik
avtomobili istehsal olunub.
Bu barədə Trend-ə
Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat
vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı
sahələrində 2024-сü ilin yanvar-mart aylarında 153,5 milyon
manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 0,4 faiz,
maşın və avadanlıqların istehsalı 19,5 faiz, sair nəqliyyat
vasitələrinin istehsalı isə 45,1 faiz azalıb.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
traktorların istehsalı 27,2 faiz azalıb.



























