
Bakı. Trend:
Sahibkarlar qənaətli istehsal, resurslardan və xammaldan
səmərəli istifadə, məhsulun düzgün saxlanılması, istehsal
prosesinin və vaxtın optimallaşdırılması və s. ilə bağlı
öyrəndiklərini Model Müəssisədə təcrübədən keçirə biləcəklər.
İstehsal ilə məşğul olan sahibkarlar Azərbaycan Texniki
Universitetində fəaliyyət göstərən KOB Model Müəssisədə keçirilən
təlimlərə dəvət olunurlar. Təlim proqramı ilə sahibkarlar qənaətli
istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır
məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın
optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər
paylaşdırılması, rəqabət qabiliyyətliliyə dair bacarıqlarını
artırmaqla müasir biliklərə yiyələnəcək və öz müəssisələrində
tətbiq edə biləcəklər. Sahibkarlara təlimlərdə öyrəndikləri nəzəri
bilikləri KOB Model Müəssisədə yerləşən müasir avadanlıqlarda
sınaqdan keçirmək imkanı da yaradılıb.
Təlimlər aşağdakı mövzuları əhatə edir:
– Dəyər, məsrəf və sahədə itki
– ΚΡΙ-ΚΑΙ
– Standartlaşdırma
– Vaxtın ölçülməsi və müşahidə metodları
– 5S strategiyası
– Kaizen sistemi
– SMED
– Poka-Yoke, Jidoka
– JIT – Sinxronizasiya
– İtələmə-çəkmə sistemləri
– İdarəetmə strategiyası və davamlı inkişaf
Qeyd edək ki, KOB Model Müəssisə istehsal sahəsində fəaliyyət
göstərən sahibkarlara dəstək məqsədilə Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Model müəssisənin
bütün xidmətləri ödənişsizdir. Sahibkarlar KOB Model Müəssisəsinin
imkanlarından faydalanmaq üçün KOBİA-ya birbaşa ([email protected] və
ya www.smb.gov.az saytının
“Agentliyə birbaşa müraciət” bölməsi), eləcə də model müəssisənin
sosial media hesabları vasitəsilə müraciət edə bilərlər.



























