Advertisement

Ölkədə hava nəqliyyatı ilə sərnişin daşımaları artıb?

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə
782,1 min və ya 45,1% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hesabat
dövründə daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə
məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

“Bu nəqliyyat növü ilə yükdaşıma 13% artaraq 94,5 min ton olub”,
– məlumatda qeyd olunur.