Advertisement

İspaniyalı tennisçi karyerasının son ili olduğunu açıqlayıb

Bakı. Trend:

İspaniyalı tennisçi Rafael Nadal bu gün start götürən Barselona
turnirində iştirak edəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, o, bu barədə keçirilən mətbuat
konfransında deyib.

Zədə üzündən son turnirlərdə iştirak etməyən Nadal karyerasının
son ilində tennisdən zövq almaq istədiyini bildirib: “Son anda
qəbul olunmuş qərardan imtina etmişəm. Buraya gələrkən,
oynayıb-oynamayacağımı bilmirdim. Sabah korta çıxacağam.
Barselonada oynamaq mənim üçün hədiyyədir. Bunu karyeramın son ili
kimi qəbul edirəm və hər anından zövq almaq istəyindəyəm”.

Qeyd edək ki, Rafael turnirin ilk mərhələsində Flavio Kobolli
(İtaliya) ilə qarşılaşacaq. Oyun sabah keçiriləcək.