Advertisement

Raul Qarsiya mövsümün sonunda karyerasını bitirəcək

Bakı. Trend:

“Atletik”in futbolçusu Raul Qarsiya gələcək karyerası ilə bağlı
qərarını verib.

Trend İdman.biz
istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi mövsümün
sonunda karyerasını bitirəcək.

O, bu qərarı barədə komanda yoldaşlarına mesaj verib. 38 yaşlı
futbolçu La Liqa tarixində ən çox oyun keçirənlər siyahısında
3-cüdür.

Raul 602 matçda forma geyinib. O, yalnız Andoni Subisaretta və
Xoakindən geri qalır. Rekordçuların hesabında 622 oyun var.

Qeyd edək ki, Qarsiya 2015-ci ildən “Atletik”də çıxış edir.