
Bakı. Trend:
Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 aprel 2024-cü
il tarixinə 8.8 milyard manat təşkil edib. Müştərilərə verilən
kreditlərin həcmi isə 4.4 milyard manat olub.
1 aprel 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri
depozitlərinin həcmi 6.7 milyard manat təşkil edib.
Bankın 1 aprel 2024-cü il tarixinə tutulmalardan sonra məcmu
kapitalı 882 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon
manatdır.
Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s
beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu
reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər
sırasındadır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün— https://kbl.az/prgtk ,
Birbank kartı sifarişi üçün https://kbl.az/prcrc.



























