
Bakı. Trend:
2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Azərbaycana
tekstil və tekstil üçün xammadə ixracı 2023-cü ilin eyni ayı ilə
müqayisədə 8,9 faiz azalaraq, 9,9 milyon dollara çatıb.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“2024-cü ilin mart ayında Türkiyə Azərbaycana 3 milyon dollar
məbləğində tekstil və tekstil üçün xammadə ixrac edib ki, bu da
ötən ilin eyni dövri ilə müqayisədə 21,9 faiz azdır”, – deyə
nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin
tekstil və tekstil üçün xammadə ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 0,6 faiz azaldaraq 2,4 milyard dollara bərabər olub.
Bu ilin mart ayında Türkiyə 818 milyon dollar məbləğində tekstil
və tekstil üçün xammadə ixrac edib ki, bu da keçən ilin mart ayı
ilə müqayisədə 9,1 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə
10,7 milyard dollar məbləğində tekstil və tekstil üçün xammadə
ixrac edib.



























